banner

Hirkan-Khanbulan-Lenkeran Tour

99 AZN
Tour Single

Hirkan-Xanbulan-Lənkəran turu 99 AZN

Qiymətə Daxildir: 
•Hirkan Ekoturizm İstirahət və Sağlamlıq Mərkəzində qonaqlama. 
• Komfortlu Avtobus 
• Qidalanma (3 Səhər yeməyi, 2 Nahar yeməyi, 2 Şam yeməyi)
• Gəzintilər
• Bələdçi 
• Maraqlı, əyləncəli oyunlar 
• Marşrutun növü (nəqliyyat): atla, piyada
• Fotosessiya Turun Proqramı: 3 gün 2 gecə
1 İyul 2017
06:45-07:00 Təyin olunmuş yerdə toplaşma (Gənclik metrosunun çıxışı) 
07:00-12:00 Bakı Astara yolu 
12:00-13:00 Hirkan Ekoturizm İstirahət və Sağlamlıq Mərkəzində yerləşmək və asudə vaxt 
13:00-14:00 Nahar fasiləsi 
14:20-19:20 Gəzinti İstisu çayının sahili boyu davam edir. Marşrutun 4-cü km-də yerləşən Çayağızı məntəqəsində mamırlarla örtülmüş çoxəsrlik şümşadlıq yerləşir. Burada çayı keçmək üçün taxta körpü var. Marşrutun 8-ci km-də şəlalə yerləşir. 13-cü km-də Nişangah adlanan xırda daşlardan təpə var. Rəvayətə görə, Şeyx Dilimin ziyarətinə gələnlər bura özü ilə gətirdiyi daşı atır və bununla da ürəyində olan bütün pis niyyətləri, iddiaları burada qoyur. Şeyxin ziyarətgahına təmiz niyyətlə getdikdə isə niyyətləri hasil olur. Şeyx Dilim türbəsi ətrafında orta əsrlərə məxsus çoxlu tarixi abidələr var. Marşrutun 14-cü kilometrliyində Dilmədi və 16-cı kilometrliyində isə Siov yaşayış məntəqələri yerləşir. Dilmədidən Siova gedən yolda yaşı 600 il olan məxməri ağcaqayın ağacını görmək olar. Marşrut Siov yaşayış məntəqəsində tamamlanır. Daha sonra Hirkan Ekoturizm İstirahət və Sağlamlıq Mərkəzinə geri qayıdılır. 
Burada
20:00-21:00 Şam yeməyi 
21:00-22:00 Maraqlı Oyunlar 
22:00-22:30 Çay Süfrəsi
23:00 Hirkan Ekoturizm İstirahət və Sağlamlıq Mərkəzində qonaqlama.
2 İyul 2017 
08:00-10:00 Səhər yeməyi 
10:30-11:30 Hirkan Ekoturizm İstirahət və Sağlamlıq Mərkəzində ilin bütün fəsillərində yerin təkindən təbii halda +70-80C temperaturda çıxan Müalicəvi İsti Suyun faydaları haqqında ətraflı məlumat veriləcək. İstəyə görə qonaqlar təbii və müalicəvi istisu vannalarından istifadə edə bilərlər. Bu təbii su qan dövranını gücləndirir, tənəffüsü yaxşılaşdırır, ümumi xroniki yorğunluğu aradan qaldırır, daxili orqanların funksiyalarını yaxşılaşdırır, saç tökülmesinin qarşısını alır, 
bədən istiliyini artırır və tərləməni gücləndirir, hormonal səviyyəni və əsəbləri tarazlaşdırır, sümük, oynaq və əzələ ağrılarını aradan qaldırır, revmatizm, qaşınma, göbələk xəstəliyi, qadın xəstəlikləri, diş və diş əti xəstəlikləri, mədə bağırsaq, şəkər, sonsuzluq, miyazit, ürək damar problemləri (damarları genişləndirir, böyrək daşlarını salır), mədədə yaranan yaralar (hər səhər yeməkdən əvvəl 3 qurtum içmək kifayətdir), eləcə də təzyiq problemləri (10-20 dəqiqədən artıq vanna qəbul edildikdə təzyiqi aşağı salır) və digər xəstəliklərin müalicəsində də faydalıdır.
11:00-11:30 Xanbulan gölü istiqamətində hərəkət 
12:00-13:00 Lənkəran istiqamətində hərəkət və şəhər gəzintisi.
14:00-15:00 Nahar yeməyi (Hirkan Ekoturizm İstirahət və Sağlamlıq Mərkəzində)
16:00 Sərbəst vaxt 
20:30 Nahar yeməyi 
22:00-23:00 Maraqlı oyunlar 
3 İyul 2017 
08:00-10:00 Səhər yeməyi 
10:00-13:00 Asudə vaxt və təbii istisu vannaları haqqında məlumatlandırma (arzu edənlər üçün istisu vannası qəbul etmək ödənişsizdir)
13:00-14:00 Nahar yeməyi
15:00-15:30 Otaqların təhvil verilməsi.
15:30-20:30 Bakı İstiqamətində hərəkət.

Booking Now
  • Tour map  
  • Destination  
  • Duration  
  • Tour price for 1 person  
  • bootstrapskins
  • 282 KM
  • 3 Days
  • 1-99 AZN
Site created by WebDeveloper.az.

© 2015 goldenrocktravel.com All Rights Reserved.