banner

Guba-Khinalig "Ateshgah Ecotourism and Recreation Center"

49 AZN
Tour Single

"Golden Rock Travel" Şirkəti Quba-Xınalıq "Atəşgah Ekoturizm və İstirahət Mərkəzi"nə ekotur təşkil edir.
Böyük Qafqazın Qızıl Qaya dağ massivinin cənub-qərb yamacında yerləşən və yerlı əhali tərəfindən Atəşgah adlanan təbiət abidəsi təbii qazın yüksək dağlıq ərazidə (3000 m) yerin dərinliklərindən üzə çıxaraq olduqca maraqlı və əsrarəngiz təbii hadisənin təzahürüdür. Bu ərazi qədim Xınalıq kəndinin yaxınlığında yerləşir və yerli əhali buranı bir müqəddəs ocaq olaraq daima ziyarət edirlər. Burada yüksək dağlıq ərazisində Siz möhtəşəm Şahdağ massivinin qoynunda təbiətin əsrarəngiz gözəlliklərini seyr edə və şəhərin səs-küylü mühitindən qurtularaq istirahət edə biləcəksiniz. Tur zamanı Heydər Əliyev və Atatürk zirvələrinə aktiv trekkinq və dırmanma səfərləri də təşkil etmək mümkündür. Həvəskar paraqlaydinq ilə maraqlanan insanlar üçün şərait yaradılacaq.
Turun tarixi 24-25 İYUN 
Turun qiyməti - 49 AZN

Qiymətə Daxildir:
• Komfortlu Avtobus
• Milli parka giriş biletleri
• Səhər yeməyi
• Bələdçi və ya Tur Rəhbəri
• Maraqlı, əyləncəli oyunlar
• Foto çəkiliş
• Marşrutun növü (nəqliyyat): piyada
• Marşrut üçün lazım olan ləvazimat: İçməli su ehtiyatı, yolda ayaqüstü yeməyə yüngül qida, müxtəlif dərman ləvazimatları, əl ağacı, gəzinti üçün rahat ayaqqabı götürülməsi vacibdir.
• Nahar yeməyi qiymətə daxil deyil (nahar və şam yeməyinin hazırlanması üçün hostelin mətbəxi xidmətinizdədir. Eyni zamanda sutkanın istənilən vaxtı heç bir yanacaq (odun, kömür və s.) istifadə etmədən yanar qaya daşları üzərində müxtəlif qazan yeməkləri və daşüstü kabablar bişirib dada biləcəksiniz.)

Booking Now
  • Tour map  
  • Destination  
  • Duration  
  • Tour price for 1 person  
  • bootstrapskins
  • 220 KM
  • 1,2 Days
  • 1-49 AZN

© 2015 goldenrocktravel.com All Rights Reserved.