banner

Hirkan Ecotourism Recreation and Health Center

25 AZN
Tour Single

"Golden Rock Travel" Şirkəti Ramazan ayı ilə əlaqədar sizlərə Hirkan Ekoturizm İstirahət və Sağlamlıq Mərkəzində xüsusi endirim təklif edir.

Sizi bu Mübarək ayda Azərbaycanın əsrarəngiz təbiət nümunələrindən biri olan İstisu çayının kənarında, unikal Hirkan meşələrində yerləşən Müalicəvi İstirahət Mərkəzinə dəvət edirik. Dağların qoynunda sıx meşəliklərin içərisində inşa edilmiş Mərkəzdə, ailəvi istirahət və müalicə üçün taxta kotteclər, açıq üzmə hovuzu, uşaq əyləncə meydançası, restoran və sairə xidmətlərlə yanaşı, səhhətinizdəki problemlərdən azad olmaq üçün təbii yolla müalicə almaq imkanınız var. Belə ki, siz
Mərkəzimizdə istirahət etməklə yanaşı, ilin bütün fəsillərində ödənişsiz həkim nəzarəti altında yerin təkindən təbii halda +70-80C temperaturda çıxan Müalicəvi İsti Su vannalarından istifadə edə bilərsiniz.

Təbii İstisu vannalarının sağlamlıq üçün xeyri və üstünlükləri:
-Qan dövranını gücləndirir.
-Tənəffüsü yaxşılaşdırır.
-Ümumi xroniki yorğunluğu aradan qaldırır.
-Daxili orqanların funksiyalarını yaxşılaşdırır.
-Saç tökülmesinin qarşısını alır.
-Bədən istiliyini artırır və tərləməni gücləndirir.
-Hormonal səviyyəni və əsəbləri tarazlaşdırır.
-Sümük, oynaq və əzələ ağrılarını aradan qaldırır.
- Revmatizm, qaşınma, göbələk xəstəliyi, qadın xəstəlikləri, diş və diş əti xəstəlikləri, mədə bağırsaq, şəkər, sonsuzluq, miyazit, ürək damar problemləri (damarları genişləndirir, böyrək daşlarını salır), mədədə yaranan yaralar (hər səhər yeməkdən əvvəl 3 qurtum içmək kifayətdir), eləcə də təzyiq problemləri (10-20 dəqiqədən artıq vanna qəbul edildikdə təzyiqi aşağı salır) və digər xəstəliklərin müalicəsində də faydalıdır.

Eyni zamanda, Hirkan Ekoturizm istirahət və Sağlamlıq Mərkəzi tərəfindən zəngin fauna və floranı seyr etmək üçün sizi bələdçinin müşayiəti ilə Milli Parkın zəngin təbiətinə ekskursiyalar gözləyir. Siz bu ekskursiyalar zamanı Milli Parkın endemik bitkilərini, həmçinin "Qırmızı kitab"a daxil edilmiş nəsli kəsilməkdə olan bitki və heyvan növlərini vəhşi təbiətdə müşahidə etmək şansı əldə edəcəksiniz.

Mərkəzə Bakıdan qatar və avtomobille gəlmək mümkündür.
-Bakı-Astara sərnişin qatarı ilə yola salma, qonaqların Astaradan istirahət mərkəzinə gətirilməsi (Bakıdan çıxma 23:20, Astaraya çatma 08:20);

Ramazan ayında gələn qonaqlarımıza İmsak və İftar yeməyi daxil olmaqla 1 gün 1 gecə sadəcə 25 AZN.

Daha ətraflı məlumat üçün
Mobil: 051 291-72-25 
Telefon : 4373129
E-ünvan: info@goldenrocktravel.com
www.goldenrocktravel.com
Ünvan: Neftçilər prospekti 91.

Siz İstirahət Mərkəzinə sifarişlərinizi birbaşa Bakı şəhərində yerləşən satış mərkəzimizdə edə bilərsiniz.
 

Booking Now
  • Tour map  
  • Destination  
  • Duration  
  • Tour price for 1 person  
  • bootstrapskins
  • 320 KM
  • 1,2 Days
  • 1-25 AZN

© 2015 goldenrocktravel.com All Rights Reserved.