banner

Goygol Tourism Recreation Complex

80 AZN

Golden Rock Travel Şirkəti Unudulmaz Bayram axşamı keçirmək üçün, Sizi təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhur olan Göygöl Milli parkı ərazisində fəaliyyət göstərən “Göygöl Turizm İstirahət Kompleksinə” dəvət edir.
Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində dəniz səviyyəsindən 1000-3060 m hündürlükdə yerləşən, göllər içərisində Göygölə hansı tərəfdən gəlsəniz hər şeydən əvvəl qarşınızdakı təkrarolunmaz panorama sizi valeh edəcək. Gölün sahili meşə ilə örtülmüş, görünüş gölün şəffaf suyunda əks olunaraq gözəl bir mənzərə yaratmışdır. Təbiətin bu incisini göylərə yüksələn dağların uca zirvələri qoruyur. 
Göygöl qoruğu ərazisində 423 növ ağac, kol və dərman bitkiləri var. Ərazidə maral, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq, göldə isə qorunmaqda olan forel balıqları yaşayır. Bundan başqa ağ baş kərkəz, dağ hinduşqası və tetra kimi nadir quşlar da mövcuddur. 
Flora və faunası ilə zəngin olan bu möhtəşəm ərazidə 19 göl mövcuddur. Təbiət burada insana ilin hər bir vaxtında sevinc, ilham, sağlamlıq və gümrahlıq gətirən hər şeyi yaratmışdır. Bunun üçün Göygölün isti mülayim dağ havası çox əlverişlidir. Burada orta illik temperatur-7, çöküntünün miqdarı isə 600 mm-dir. Yay axşamlarında gölün sahili sərin, qışda azacıq şaxta olur. Buna baxmayaraq günəş yaydakı kimi parlayır. Göygölün havası həmişə təmizdir.
Artıq şirkətimiz, göllərin şahı olan Göygöl və onun ətraf meşə mənzərəsindən zövq alacağınız “Murovdag Peak Hotel”, “Kapaz Villas”, “Kapaz İnn and Suites”, “Goygol Side Villas”ın müasir üslublu geniş otel otaqları və lüks nömrələri ilə sizin xidmətinizdədir. Otellərimizdə Azərbaycan milli mətbəxinin gözəl təamları ilə yanaşı dünya mətbəxinin nümunələrindən də sifariş (qiymətə daxil deyil) qəbul olunur. 
Qonaqlarımıza əlavə olaraq, Milli parkda yerləşən təbiət abidələrinə, Maralgöl, Zəli göl, Ördək gölü və Qara gölə ekskursiyalar, Kəpəz dağa dağ yürüşləri, turist qonaqlar üçün isə əlavə olaraq Gəncə şəhərinədə gəzinti təşkil etmək mümkündür. 
Qiymətlər:
Murovdag Peak Hotel
“Standart Double Rooms” -80 AZN

“Göygöl Turizm İstirahət Kompleksində” yerləşən taxta kotteclər-40 AZN və 50 AZN

Golden Rock Travel Şirkəti Göygöl və onun əsrarəngiz təbiət mənzərəsindən zövq alacağınız daha ucuz və keyfiyyətli xidmətləri olan istirahət mərkəzlərinin əsas partnyorlarından biridir. Bunlardan başqa arzusu olanlar daha komfortlu və eksklusiv nömrələr sifariş edə bilərlər.

Rezervasiya üçün əlaqə saxlaya bilərsiz:
Mobil: (+99451) 291-72-25, (+99451) 850-88-44.
E-ünvan: info@goldenrocktravel.com
WEB səhifə: www.goldenrocktravel.com
 

Booking Now
  • Tour map  
  • Destination  
  • Duration  
  • Tour price for 1 person  
  • bootstrapskins
  • 400 KM
  • 1 Days
  • 1-80 AZN
Site created by WebDeveloper.az.

© 2015 goldenrocktravel.com All Rights Reserved.