banner

photo hunting

25 AZN
Tour Single

"Golden Rock Travel" Şirkəti Azərbaycanda ekoloji turizmi inkişaf etdirmək məqsədilə maarifləndirici və əyləndirici turlarına start verdi. Dünyanın cənnət guşələrindən olan vətənimizin meşələrinə, bulaqlarına, dağ şəlalələrinə, çaylarına, dənizinə, ən yüksək zirvələrinə, təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhur olan göllərinə, möhtəşəm milli parklarına, meşəliklərdə yerləşən müalicəvi İstisuya, Quba-Xınalıq "Atəşgah Ekoturizm Dağ evi"nə, "Hirkan Ekoturizm İstirahət və Sağlamlıq Mərkəzi"nə və ölkənin digər turizm mərkəzlərinə turlar təşkil edir. Şirkətimiz 07.01.2017-ci il tarixində ölkəmizdə ilk dəfə olaraq Şirvan Milli Parkına foto ovçuluq (foto hunting) turu həyata keçirdi və tur proqramına foto müsabiqə də daxil edildi. Tur proqrama Fotoqraf Fərqanə Qasımlı rəhbərlik edirdi. Əsrarəngiz təbiətin qoynunda əsl istirahətin zövqünü yaşamaqla yanaşı, burada fotoqraflar yarımsəhra ərazilərdə gəzintiyə çıxıb ərazidə olan ceyranları, göllərdə olan quşları seyr edərək möhtəşəm fotolar çəkmək imkanı əldə etdilər. Parkın füsunkar təbiətini, flora və faunasını, gözəl təbiət abidələrini, ərazisində tikilən hostelin biomüxtəlifliyi tərənnüm edən dizaynını və təbiətə ziyan vurmadan istirahət etmək şəraitini əks etdirən görüntüləri əldə etdilər. Peşəkar komandamız bu cür maraqlı layihələri yaxın gələcəkdə də mütəmadi olaraq həyata keçirməyi planlaşdırır.

Booking Now
  • Tour map  
  • Destination  
  • Duration  
  • Tour price for 1 person  
  • bootstrapskins
  • 123 KM
  • 1 Days
  • 1-25 AZN

© 2015 goldenrocktravel.com All Rights Reserved.